BAKI, 25 yan — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu gün müsəlman ölkələrdən olan miqrantlarla bağlı fərman imzalayacaq. Sputnik Azərbaycan bu haqda "İndependent"-ə istinadən məlumat verir.
Xəbərə görə, Trampın hədəfində Yaxın Şərq ölkələrindən olan müsəlman miqrantlardır. Prezidentin imzalayacağı fərmanda İraq, İran, Liviya, Suriya, Sudan, Somali və Yəməndən olan qaçqınların və vizası olan şəxslərin Amerikaya girişinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub.