BAKI, 25 yan — Sputnik. Yanvarın 25-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 3 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər. Əməliyyat saat 01:00-da başa çatıb.
Azyaşlılar köməksiz vəziyyətdə qaldılar
10:42 25.01.2017 (Yenilənib: 20:49 16.11.2021)
© pixabay / CounsellingƏlləri ilə qulaqlarını tutmuş uşaq
© pixabay / Counselling
Abunə olmaq
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər