Jurnalistlərin nəzərinə! Yanvarın 27-si saat 12.00-da "Avtomobil bazarında vəziyyət necə olacaq?" mövzusunda mətbuat konfransı keçiriləcək.
Hazırda Azərbaycanın avtomobil bazarında durğunluq müşahidə olunur. Eyni zamanda, tənzimləyici orqanların son addımları, manatın dollar qarşısında zəifləməsi maşın bazarında təkcə birinci əldən avtomobillərin deyil, ikinci əldən olan avtomobillərin də qiymətlərində artıma səbəb olub. Odur ki, 2017-ci ildə situasiya necə inkişaf edəcək, Azərbaycan vətəndaşları hansı avtomobilləri almağa üstünlük verəcəklər və niyə? Bu suallara Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı cavab verəcək.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.