Ümid Cenevrəyə qaldı

© REUTERS / Mukhtar KholdorbekovQazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci — sonuncu mərhələsi başlayıb
Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci — sonuncu mərhələsi başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Astanada qəbul olunan birgə bəyanatda suriyalı müxaliflərin İsveçrənin Cenevrə şəhərindəki görüşlərdə iştirak etmə istəyi müsbət qiymətləndirilib

BAKI, 25 yan — Sputnik. Astanada Suriya danışıqlarının yekununda Rusiya, Türkiyə və İranın qəbul etdiyi birgə bəyanat Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrəhmanov tərəfindən oxunub. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, hər üç ölkə Suriyada atəşkəs rejiminə əməl olunmasına nəzarət edilməsi üçün birgə mexanizm yaradılmasına qərar verib.

Suriyadakı böhranın hərbi yolla həllinin mümkün olmadığını vurğulayan üç zamin ölkə, beynəlxalq ictimaiyyəti Suriyadakı siyasi prosesi dəstəkləməyə çağırıb. Bəyanatda suriyalı müxaliflərin İsveçrənin Cenevrə şəhərindəki görüşlərdə iştirak etmə istəyi müsbət qiymətləndirilib, həmçinin müxalifətin terrorçu qruplardan ayrılmasının vacibliyi ifadə edilib.

Bundan başqa, həm Rusiya, həm Türkiyə, həm də İran Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha vurğulayıb.

Xəbər lenti
0