BAKI, 24 yan — Sputnik. Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci — sonuncu mərhələsi başlayıb. Sputnik xəbər verir ki, Bəşər Əsəd rejimi və müxalifət, həmçinin Rusiya, Türkiyə, İran rəsmiləri, BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura bu gün geniş tərkibdə görüş keçirəcək.
"Təmsilçilər və rəsmilər arasında yekun sənəd üzərində danışıqlar davam edir" — deyə BMT nümayəndəsi Staffan de Mistura bildirib.