Planetimizə sürətlə uçan naməlum obyekt yaxınlaşır

© REUTERS / Kornmesser/Handout via ReutersPlanet
Planet - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il ilk yadplanetli uçan obyekt planetimizə qonaq gələcək

BAKI, 24 yan — Sputnik. UNO-lar 2017-ci ilin yayında Yerə enəcək. Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə NASA ilə əməkdaşlıq edən mütəxəssislər məlumat veriblər. 

Qərb mediasının yazdığına görə, 1991VG adlandırılan naməlum obyekt sürətlə Yerə doğru uçur. Alimlər onu ilk dəfə 1975-ci ildə müşahidə ediblər. Onda qərbli astronomlar onu sovet raketi sanıblar. 1991-ci ildə o, bizim planetə yenidən yaxınlaşıb. Amma mütəxəssislər bu uçan obyektin nə olduğunu hələ də müəyyən edə bilməyiblər. Onlar əmindirlər ki, bu dəfə 1991VG haqqında daha çox məlumat əldə edə biləcəklər.

Hillari Klinton - Sputnik Azərbaycan
Prezidentliyə namizəd UNO-ları araşdıracağına söz verdi

Hələlik onlar bu obyektin nə olduğu barədə müxtəlif versiyalar səsləndirməklə kifayətlənirlər. Bir sıra mütəxəssislər istisna etmirlər ki, bu, yadplanetlilər tərəfindən düzəldilmiş yüksək sürətli kosmik gəmidir. Onlar öz versiyalarını sübut etmək üçün 1991VG-nin hərəkət trayektoriyasına əsaslanırlar. Bununla belə, alimlərin əksəriyyəti düşünür ki, 1991VG kosmik zibildən başqa bir şey deyil. Onlar bu obyektin optik yalan ola biləcəyini də istisna etmirlər.

Alimlərin qeydinə görə, artıq 2017-ci ilin yayında 1991VG tapmacası tamamilə çözüləcək və onun haqqında əsl həqiqət üzə çıxacaq. Onlar hesablayıblar ki, 1991VG yayda Yerin cənub yarımkürəsində görünəcək. Obyekt Yerə yaxınlaşdıqca, mütəxəssislər onun daha dəqiq və keyfiyyətli şəkillərinin köməyi ilə çoxlu informasiya toplamaq imkanı əldə edirlər. Bu isə onlara bu obyektin yad planet mənşəli sivilizasiyaya aid olub-olmadığını dəqiqləşdirməyə imkan verir.

Elm adamları onu da əlavə ediblər ki, 1991VG nə 1975, nə də 1991-ci illərdə Yerə bu qədər yaxınlaşmayıb. Ola bilsin ki, sözügedən obyekt əvvəllər Yerə yaxınlaşmaq gücündə olmayıb, təkmilləşdirildikdən sonra isə planetimizə qonaq gəlmək iqtidarındadır.

Xəbər lenti
0