BAKI, 24 yan — Sputnik. Çinin paytaxtı Pekində maraqlı görüntülər qeydə alınıb. Belə ki, 19 ədəd çoxmərtəbəli bina 10 saniyə içərisində yerlə yeksan edilib.
Prosesə nəzarət edən mühəndislərin sözlərinə görə, ərazidə ticarət mərkəzləri inşa ediləcək. Bununla əlaqədar, həmin göydələnlərin sökülməsi, ərazinin boşaldılmasına qərar verilib. Nəticədə sözügedən binaların təməlinə 5 tonluq partlayıcı maddə yerləşdirilib və 10 saniyə içərisində ərazi yerlə bir edilib.
Sputnik Azərbaycan həmin görüntünü təqdim edir: