BAKI, 24 yan — Sputnik. Binəqədi Beton Zavodunun direktoru bu müəssisənin sahibinə qarşı dələduzluq etməkdə ittiham olunur.
Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi xəbərə görə, zavodun sahibi, 1959-cu il təvəllüdlü Nuşravan Cəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, həmin müəsissədə direktor vəzifəsində işləyən 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov onu aldadaraq 42 min manat pulunu mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Cəlilov Azərbaycanın əməkdar mühəndisidir.