Aparıcı canlı yayımda qonağını yandırdı - inanılmaz

© Photo : Youtube / المبدعKüveytdə yumoristik verilişin aparıcısı canlı efirdə qonağının üzərinə benzin tökərək yandırıb
Küveytdə yumoristik verilişin aparıcısı canlı efirdə qonağının üzərinə benzin tökərək yandırıb - Sputnik Azərbaycan
Abunə olmaq
Verilişin aparıcısı canlı efirdə qonağının üzərinə benzin tökərək onu yandırıb

BAKI, 24 yan — Sputnik. Küveytdə dəhşət saçan hadisə baş verib. Belə ki, yumoristik verilişin aparıcısı canlı efirdə qonağının üzərinə benzin tökərək onu yandırıb.

Sputnik Azərbaycan "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, məşhur teleaparıcı Cassem Rəcəb verilişin əvvəlində qonağını "İnstagramda ən səs-küylü adam" adlandırıb. O, qonağı yandırdıqdan sonra isə çəkiliş qrupunun əməkdaşları dərhal onu söndürüblər.

"YouTube"da yerləşdirilən video-görüntü də olanları təkrarlamamaq xəbərdarlığı ilə başlayır. Qeyd olunur ki, əvvəlcədən bütün təhlükəsizlik tədbirləri görülüb. Aparıcı Rəcəb isə əlavə edib ki, qonaq heç bir ağrı hiss etməyib, çünki onun bədəni əvvəlcədən xüsusi qoruyucu qat ilə örtülübmüş.

Bununla belə, aparıcı sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib. Onlar aparıcının qorxulu nömrə göstərdiyi üçün cəzalandırılmasını tələb edirlər.

Xəbər lenti
0