Alim: “Azərbaycanda alimin maaşı süpürgəçinin maaşından da azdır”

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidВ студии радио Sputnik
В студии радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Dilavər Əzimli: “Elm adamının maaşı onu heç cür qane edə bilməz”

Dilavər Əzimli: “Azərbaycanda əsl elmlə məşğul olanlar qəhrəmanlardır”
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli deyir ki, elm adamları sovet dövründə də yüksək səviyyədə yaşamayıblar: “İndikinə nisbətən bir az üstünlük vardı. Bunun səbəbi sovet sisteminin imperiyaçılıq siyasəti idi. Yəni elmdə də bir imperiyaçılıq vardı ki, dünyanın ən böyük gücü gücü olan Amerikaya uduzmasın”.

“Müstəqilliyə qovuşandan sonra bu sistem dağıldı və elm sistemində vəziyyət çətinləşdi. O, yavaş-yavaş dirçəlib gəlib bu vəziyyətə çıxdı. Etiraf edək ki, Azərbaycanda əsl elmlə məşğul olanlar əsl qəhrəmanlardır. Bu insanlar çox az maaşla öz sevdikləri elm sahəsindən ayrılmadan çalışırlar. Biz büdcədən asılıyıq və bu, elmin inkişafına mane olur” — deyə o bildirib. 

Xəbər lenti
0