BAKI, 24 yan-Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.
Sputnik Azərbaycan-a DİN-dən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrləri imzalayıb.
Bu əmrlər əsasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Onların təqaüdə göndərilməsi ilə bağlı DİN-də xüsusi tədbir keçirilib. Nazir hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.
Qeyd edək ki, Sadıq Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.