CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN Bakıda baş verən silahlı insidentə aydınlıq gətirib

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xuliqanlıq zəminində törədilmiş insidentin "qəhrəmanı" tutulub

BAKI, 24 yan-Sputnik. Daxili İşlər Nazirliyi (DİN) ötən gecə Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur Şahəliyev adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb. Şahəliyev pnevmatik tapançadan açdığı atəşlə Eyvazovun baş nahiyəsinə xəsarət yetirib. Xəsarət alan şəxsə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Şahəliyev tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0