Astanadakı Suriya danışıqlarında gərginlik

© AFP 2024 / Kirill KUDRYAVTSEVМежсирийские переговоры в Астане, 23 января 2017 года
Межсирийские переговоры в Астане, 23 января 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Muhammed Alluş: "Heç bir sənədə imza atmağı düşünmürük, çünki rejimin dəvət etdiyi xarici güclər hələ Suriyadan çıxmayıb"

BAKI, 24 yan — Sputnik. Qazaxıstanın paytaxtı Astanada Suriya probleminin həlli üzrə danışıqlarda iştirak edən Suriya müxalifətinin nümayəndə heyəti yekun bəyanata imza atmayacaqlarını bildirib.
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, bu barədə Astanadakı danışıqlarda Suriya müxalifətini təmsil edən rəsmi nümayəndə Yəhya əl-Aridi açıqlama verib.

"Hələlik heç bir sənədə imza atmağı düşünmürük. Rejimin dəvət etdiyi xarici güclər hələ Suriyadan çıxmayıb. Xüsusilə Hizbullah qan tökməkdə davam edir və atəşkəs elan edilməsinə mane olur" — müxalif heyətin rəhbəri Muhammed Alluş bildirib.

Qeyd edək ki, Astanada Suriya danışıqlarının ikinci və sonuncu mərhələsi keçirilir.

Xəbər lenti
0