Tramp ilk dəvətini bu ölkəyə göndərdi

© REUTERS / Andrew KellyABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti ən qısa zamanda Netanyahunu Vaşinqtonda görmək istəyir

BAKI, 23 yan — Sputnik. Yanvarın 20-də and içərək rəsmən vəzifəyə başlayan ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu Ağ Evə dəvət edib. Sputnik xəbər verir ki, İsrailin baş naziri ilə telefonda danışan Tramp, onu Vaşinqtonda görmək istədiyini deyib.

Beləliklə, yeni prezident ilk rəsmi dəvətini İsrailin hökumət başçısına etmiş olub. Netanyahunun fevral ayının ilk günlərində Amerikaya səfər edəcəyi gözlənilir.

Donald Trampın vəzifəyə başlamasından sonra Ağ Evin ilk xarici qonağının isə Britaniyanın Baş naziri olacağı açıqlanıb. Tereza Mey rəsmi dəvət almasa da, yanvarın 27-də Vaşinqtona gedərək Trampla görüşəcək.

Xəbər lenti
0