BAKI, 23 yan — Sputnik. Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obama, vəzifəsini tərk edəndən sonra ilk gününü istirahətə ayırıb. Sputnik Azərbaycan Britaniya mətbuatına istinadən xəbər verir ki, Obama qolf oynamaq üçün milyarder Larri Ellisonun Kaliforniyadakı idman klubunu seçib.
— Barack Obama (@BarackObama) 20 января 2017 г.
Qeyd edək ki, həmin klub eks-prezidentin yaşadığı evə yaxın ərazidə yerləşir. Obamanı bütün oyun ərzində xüsusi xidmət orqanı əməkdaşları müşayiət ediblər.