BAKI, 23 yan — Sputnik. Ötən gecə Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.
Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq ölüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.