Tarixi Suriya toplantısı başlayır

Astana
Astana - Sputnik Azərbaycan
Amerika Birləşmiş Ştatlarını danışıqlarda Qazaxıstandakı səfir Corc Krol təmsil edəcək

BAKI, 23 yan — Sputnik. Bu gün, Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə Qazaxıstanın paytaxtı Astanadakı Suriya danışıqları başlayır. 2 gün davam edəcək danışıqların sonunda birgə mətbuat konfransı keçiriləcək.

Suriyadakı atəşkəs razılığının təsdiqlənməsi və siyasi həllin təmin edilməsini hədəfləyən Astana danışıqları, bu gün yerli saatla 13.00-da başlayacaq. Sputnik xəbər verir ki, ilk çıxışı ev sahibi olaraq Qazaxıstan prezidenti Nursultan Nazarbayev edəcək. Sonra nümayəndə heyətlərinin çıxışları olacaq.

Toplantıda Suriya hökumətinin təmsilçiləri və müxalifət nümayəndələri atəşkəsə zamin duran Rusiya, Türkiyə və İran rəsmiləri, həmçinin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura iştirak edəcək. Amerika Birləşmiş Ştatlarını isə danışıqlarda Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала