ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxıb

© Sputnik / Наталья Селиверстова / Mediabanka keçidГорода мира. Вашингтон
Города мира. Вашингтон - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzalayıb

BAKI, 23 yan — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxmasına dair fərman imzalayıb.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.

Saziş həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi Sakit okean ölkələrinin payına düşür. 

Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

Xəbər lenti
0