Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ "dünya jandarmı" rolundan imtina edir?

© REUTERS / Carlo AllegriDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, Trampın hakimiyyəti dövründə Amerika daha çox daxili problemləri ilə məşğul olacaq

BAKI, 23 yan — Sputnik. Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışı dünyada maraqla qarşılanıb. Ağ Evin yeni rəhbəri əvvəlki prezidentlərdən fərqli çıxış edərək, sadəcə amerikalılar üçün mesajlar verib.

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə

Trampın çıxışında, onun dövründə Amerikanın dünya jandarmı rolunu oynamayacağı tezisləri sezilir Yeni prezident özündən əvvəlkilərin fəaliyyətini də tənqid edib. Amerikada işsizliyin artdığını, zavodların bağlandığını, ordunun zəiflədiyini deyən Tramp, bu problemləri aradan qaldıracağını qeyd edib. O, həmçinin "radikal islam" kəlməsindən istifadə edib və deyib ki, "radikal islamı" yer üzündən siləcək.

Ağ Ev rəhbərinin andiçmə mərasimi zamanı verdiyi mesajları Sputnik Azərbaycan-a dəyərləndirən millət vəkili Asim Mollazadənin fikrincə, "radikal islam" ifadəsi bütün müsəlmanlara deyil, terrorçu təşkilatlara yönəlib: "Beynəlxalq terrorun nə dini var, nə də milləti. Terror insanlığa qarşı cinayətdir. Düşünürəm ki, bu cinayətlə mübarizədə bütün dünya öz gücünü birləşdirməlidir. Və anti-terror koalisiyası beynəlxalq terroru məhv etməlidir".

Mollazadə Tramp administrasiyasının daha çox ABŞ-ın daxili məsələlərinə zaman ayıracağını düşünür: "Onun çıxışında da hiss olundu ki, yeni dövrdə ABŞ dünya jandarmı rolunu oynamayacaq. Amerikanın daxilində iqtisadi islahatlar aparılmalıdır. Tramp iri infrastruktur layihələrini həyata keçirmək üçün ciddi çalışacaq. Bu, onun seçki kampaniyasının ən əsas vədlərindən biridir".

Politoloq İlqar Vəlizadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Trampın inauqurasiya zamanı söylədikləri seçkiqabağı ritorikanın qalıqlarıdır: "Donald Trampın andiçmə zamanı dedikləri bəyanatlardan daha çox əməli işlərlə ölçülməlidir. Və bu işlər Amerikanın hazırki prezidentinin real siyasi kursunu müəyyənləşdirəcək".

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

"Seçki qabağı ritorikanın vaxtı bitib. Onun inauqurasiyada verdiyi bəyanatlar seçki qabağı ritorikanın qalıqlarıdır" — Vəlizadə qeyd edib.

Onun fikrincə, Donald Tramp "radikal İslam" dedikdə İŞİD terror qruplaşmasını nəzərdə tutur: "İstər bu terror təşkilatı ilə mübarizə, istərsə də ölkənin daxili sosial-iqtisadi problemlərin həlli o qədər də asan məsələ deyil. Sözlə yox, əməli işlərlə müəyyən edilməlidir. Onun verdiyi vədlərə əməl edib-etməməsi ənənəvi illik, yaxud yüz günlük hesabatda əks olunacaq".

Xəbər lenti
0