Nazir: "Trampın seçilməsi köhnə dünya nizamına son qoydu"

© AP Photo / Ronald ZakFrank-Valter Ştaynmayer, Almaniyanın federal xarici işlər naziri
Frank-Valter Ştaynmayer, Almaniyanın federal xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Ştaynmayer: "Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır"

BAKI, 22 yan — Sputnik. Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Donald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir.

APA-nın məlumatına görə, Ştaynmayer bunu “Bild am Sonntag” nəşrinə yazdığı məqaləsində qeyd edib.

Almaniya xarici işlər naziri bildirib ki, Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası keçmişdə qaldı: “XXI əsrdə dünya nizamına baxışın necə olacağı, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır”.   

Ştaynmayer məqaləsində Almaniyanın ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.

Xəbər lenti
0