BAKI, 22 yan — Sputnik. Bakı şəhəri, Binəqədi rayonunda birmərtəbəli, kommunal tipli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 2 otaqlı mənzilin bir otağında tüstü bacasının ətrafı 1 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda yaşayış binasında yanğın olub
16:38 22.01.2017 (Yenilənib: 20:49 16.11.2021)
© Sputnik / Murad OrujovYanğınsöndürən avtomobil
Abunə olmaq
Ümumi sahəsi 42 m2 olan 2 otaqlı mənzilin bir otağında tüstü bacasının ətrafı 1 m2 sahədə yanıb