BAKI, 22 yan — Sputnik. "Şən və Hazırcavablar klubları"nın Rusiyanın Soçi şəhərində keçirilən 28-ci beynəlxalq festivalının seçmə mərhələsində Azərbaycanı təmsil edən “Bakı Yığması” güclülər liqasına çıxıb.
Report-un məlumatına görə, bu barədə Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşov xəbər verib. "Əziz dostlar, Əziz həmvətənlər! Bakı "KVN"in güclülər liqasında. Sadəcə afərin!" – o bildirib.
Qeyd edək ki, Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala “Bakı Yığması” ilə qatılıb.