BAKI, 22 yan — Sputnik. Qazaxıstan Xarici İşlər Nazirliyi sabah Astanada Suriya böhranının tənzimlənməsi üzrə danışıqların yerli vaxtla saat 13.00-da (Bakı vaxtı ilə saat 11.00) başlayacağını açıqlayıb.
Sputnik-in məlumatına görə, danışıqların yanvarın 24-də eyni vaxtda, yerli vaxtla saat 13.00-da başa çatacağı gözlənilir.
Saat 14.00-da isə KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Danışıqlar Astanada “Rixos President” otelində, mətbuat üçün qapalı şəraitdə keçiriləcək.
Danışıqlarda iştirakını Suriya hökuməti və müxalifətinin, Rusiyanın, ABŞ-ın, Türkiyə və İranın nümayəndələri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi təmsilçisi təsdiqləyiblər.