Türkiyə Konstutusiyasına dəyişikliklər edildi

© Photo : AATBMM Genel Kurulu
TBMM Genel Kurulu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə prezident artıq parlament yox, birbaşa xalq tərəfindən seçiləcək

BAKI, 21 yan — Sputnik. Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) Konstutsiyaya dəyişikliklə bağlı 18 maddədən ibarət təklifi parlamentda 339 səslə qəbul edilib.

Sputnik xəbər verir ki, qanunun qəbul edilməsi üçün gizli səsverməyə 488 millət vəkili qatılıb. Səsvermədə 339 deputat lehinə, 142 nəfər əleyhinə səs verib. 5 millət vəkili səs bitərəf qalıb. 2 səs isə keçərsiz hesab edilib. 

Qanuna görə, Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili sayı 550-dən 600-dək artırılır. Millət vəkili seçilə bilmə yaşı 25-dən 18-ə endiriləcək. TBMM-ə yə seçkilər 5 ildən bir həyata keçiriləcək. Fəaliyyət müddəti bitmiş millət vəkilləri yenidən seçilə biləcəklər.  

Prezident seçkilərində birinci turda namizədlərdən heç biri seçilməzsə, ikinci tur keçirilir. Konstutsiyaya edilən dəyişikliklərə görə, prezidentin partiyası ilə əlaqələri davam edəcək. 

Prezident 40 yaşı olmuş, ali təhsilli, millət vəkil seçilə bilən vətəndaşlar arasından birbaşa xalq tərəfindən seçiləcək. Prezident ən çox iki dəfə seçilə bilər və 5 il müddətinə seçilir. 

"Türkiyə Konstutusiyasında dəyişiklik edilməsi haqqında" qanunda 18 maddə var. 

Xəbər lenti
0