Türkiyə Suriyada qaçqınlar üçün bufer zonası yaratmağı təklif edib

© Photo : SANA/Handout via REUTERSHələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il
Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

BAKI, 21 yan — Sputnik. Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Suriyanın sərhədyanı rayonlarında qaçqınlar üçün bufer zonasının yaradılmasının zəruri olduğu bildirib.

Sputnik Azərbaycan bu barədə APA-ya istinadən xəbər verir.   

“Suriyanın sərhədyanı rayonlarında bufer zonası yaradılmalıdır ki, müharibədən qaçan insanlar orada sığınacaq tapa bilsin. Koalisiya qüvvələri onların müdafiəsini təmin etməlidir ki, bütün dünyanı dolaşmaq məcburiyyətində qalmasınlar” — Topçu bildirib.

Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

Xəbər lenti
0