“Fərat Qalxanı”ndan İŞİD-ə ağır zərbə

© AFP 2024 / BULENT KILICВооруженные Силы Турции, в рамках военной операции "Щит Евфрата"
Вооруженные Силы Турции, в рамках военной операции Щит Евфрата - Sputnik Azərbaycan
Abunə olmaq
Hərəkat başlayandan bu günə qədər 3044 əldəqayırma partlayıcı vasitə və 43 mina sıradan çıxarılıb

BAKI, 21 yan — Sputnik. "Fərat Qalxanı" hərəkatı çərçivəsində həyata keçirilən əməliyyatda 46 İŞİD terrorçusu və 17 bina məhv edilib. 

"Fərat Qalxanı" Hərəkatının 151-ci günündə Hava Qüvvələri Baş Qərargahına aid döyüş təyyarələri tərəfindən Əl-Bab, Bzagah və Qəbbasinin cənubunda müəyyən edilən İŞİD terror təşkilatı tərəfindən sığınma yeri kimi istifadə edilən 17 bina, bir zirehli vasitə məhv edilib. Gün ərinzdə həyata keçirilən əməliyyatlar zamanı 46 terrorçu məhv edilib, 16 terrorçu yaralanıb və 2 silahlı vasitə sıradan çıxarılıb. 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, "Fərat Qalxanı" hərəkatı başlayan gündən bu günə qədər 875 kv.km ərazini əhatə edən 227 sığınma yeri nəzarət altına alınıb. İŞİD-ə aid 318 hədəfə atəş açılıb. Hərəkat başlayandan bu günə qədər 3044 əldəqayırma partlayıcı vasitə və 43 mina sıradan çıxarılıb. 

Xəbər lenti
0