Ekstrasens: “Trampın hakimiyyəti dövründə dünyada dinclik olacaq”

© Photo : ZiraddinEkstrasens Zirəddin Rzayev
Ekstrasens Zirəddin Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Zirəddin Rzayev: “Tramp Bil Klinton kimi saksafonda ifa edib oynayacaq, onlar isə yeni layihələr və planlar hazırlayacaqlar”

Zirəddin Rzayev: “Artıq Qərbin bütün dünyaya təsir planları tükənib”
Ekstrasens Zirəddin Rzayev deyir ki, Tramp hakimiyyəti dövrüncə dünyada ciddi böhran gözlənilmir, lakin ondan sonra vəziyyət daha pis olacaq: “Tramp özünü yaxşı insan kimi göstərir, lakin əslində belə deyil. Onu bu vəzifəyə bütün dünyaya, xüsusilə Qərbə təsir edəcək hərbi müdaxilələr üçün yeni planlar hazırlamağa qoyublar”.

“Onların təsir planları tükənib. Növbədə isə Rusiyanın qonşuluğunda olan dövlətlər dayanıb. Qərb indi bunun üzərində çalışır və 3-4 il ərzində çox pis olacaq. Yeni layihələr hazırlanacaq. Süni müharibələr, böhran və teraktlar yaradan güclər müvəqqəti olaraq Trampı bu vəzifəyə qoyublar ki, sakitlik yaransın və onlar öz planları üzrəində işləsinlər. Suriya, İrak, Əfqanıstan və Ukrayna ilə bağlı planlar illərlə hazırlanıb. İndi isə onların planları bitib və yeni plan olmadan onlar işləyə bilmirlər. Tramp Bil Klinton kimi saksafonda ifa edib oynayacaq, onlar isə yeni layihələr və planlar hazırlayacaqlar” — deyə o bildirib.

Xəbər lenti
0