BAKI, 21 yan — Sputnik. Pakistanın Kurram vilayətində tərəvəz bazarında törədilən partlayışda ölən və yaralananların sayı artıb.
Sputnik Azərbycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 21-ə yüksəlib, 40-dək yaralı var.
Daha öncə 12 nəfərin öldüyü bildirilirdi. Hadisə səhər saatlarında baş verib.
Partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.