BAKI, 21 yan — Sputnik. ABŞ-ın Qazaxıstandakı səfiri Corc Kroll Astanada aparılacaq Suriya üzrə danışıqlarda Vaşinqtonu təmsil edəcək. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, Birləşmiş Ştatlar Astanada keçiriləcək görüşə ayrıca nümayəndə heyəti göndərməyəcək.
Danışıqlar Suriyadakı silahlı müxalifətin vahid nümayəndə heyəti və hökumət təmsilçilərinin iştirakı ilə yanvarın 23-də Qazaxıstanın paytaxtında aparılacaq. Görüşə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dəvət olunub.