Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Şeir adam" doğuldu

© Photo : Şəxsi arxivŞeir adam kitabı
Şeir adam kitabı - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Kitab heç bir kitab mağazasında satışda olmayacaq

BAKI, 20 yan — Sputnik. Gənc yazıçı-şair Orxan Bahadırsoyun yeni kitabı işıq üzü görüb. Sputnik Azərbaycan xəbər verir ki, "Şeir Adam" adlı şeirlər kitabında müəllifin müxtəlif mövzularda yazdığı poeziya nümunələri toplanıb.

Qeyd edək ki, "Şeir Adam" kitabı heç bir kitab mağazasında satışda olmayacaq. Kitabı yalnız səyyar satıcı vasitəsi ilə əldə etmək mümkündür. Bu barədə müəllifin özü məlumat verib.

© Photo : Şəxsi arxivOrxan Bahadırsoyun yeni şeirlər kitabı
Orxan Bahadırsoyun yeni şeirlər kitabı - Sputnik Azərbaycan
Orxan Bahadırsoyun yeni şeirlər kitabı

"Şeir Adam" kitabı Orxan Bahadırsoyun sayca üçüncü kitabıdır. Müəllifin 2012-ci ildə "Fahişə mələklər", 2014-cü ildə "Günahdır səni sevmək" romanları çap olunub.

"Şeir Adam" kitabını əldə etmək istəyənlər üçün əlaqə vasitələri:

Tel: 050 662 32 90
Bukinist Mendel

Xəbər lenti
0