Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Donald Tramp postunu vaxtından əvvəl itirə bilər

© AP Photo / Carolyn KasterDonald Tramp , arxiv şəkli
Donald Tramp , arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın yeni rəhbərliyinin Krım və Suriya problemində ruslarla rahat dil tapması mümkün deyil

BAKI, 14 yan — Sputnik. Bu həftə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama və Ağ Evin yeni sahibi Donald Tramp mətbuat konfransı keçirdi. Obama özünə məxsus güclü ritorikası ilə amerikalılara bir prezident kimi sonuncu dəfə müraciət etdi və onlarla vidalaşdı. Tramp isə ampluasına sadiq qalaraq, ekstravaqant imicini daha da möhkəmləndirdi.

Donald Tramp - Sputnik Azərbaycan
RUSİYA
Şok iddia: Trampın seks videosu Putinin əlindədir

Artıq bir neçə gündən sonra Donal Tramp dünyanın ən güclü ölkəsinin lideri kimi fəaliyyətə başlayacaq. Onun Ağ Evə gəlişi nə vəd edir və dünyanı yaxın 4 ildə nələr gözləyir?

Qeyd edək ki, ilk baxışdan qeyri-ciddi təsir bağışlayan Trampın komandasında kifayət qədər güclü siyasətçilər də təmsil olunub. İndiana ştatının sabiq qubernatoru, Trampın hakimiyyəti dövründə vitse-prezidenti olacaq Mayk Pens yaxın illər ərzində Amerika siyasətinin ən mühüm oyunçusu ola bilər.

Onu da vurğulamaq lazımdır ki, Amerikanı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, saysız-hesabsız siyasi qurumlar, analitik mərkəzlər qəbul edilən qərarlara birbaşa təsir edir. Odur ki, ABŞ siyasətində ciddi dəyişikliyin ola biləcəyi ehtimalı azdır.

Krım və Suriya problemində Trampın Rusiya ilə asanlıqla dil tapacağını ehtimal etmək də mümkün deyil. Amerika milli maraqları üçün Ukrayna və Yaxın Şərqdəki proseslər prioritet təşkil edir. O cümlədən, İranla münasibətlər Vaşinqtonun diqqətində olacaq. Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etməyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb.

Bu sülh Amerikanın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi barışdan imtina edərsə, bu, Amerikanın ziyanına ola bilər. Yəni, Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəstlik əldə edə bilər.

Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Cənubi Qafqazdakı digər hadisələr Vaşinqton üçün elə də böyük önəm kəsb etməyəcək. Ümumiyyətlə, Tramp ABŞ maraqlarına zidd addım ata bilməz. Bunu edərsə, prezidentlikdən daha tez gedə bilər. Yeri gəlmişkən, ABŞ tarixində prezidentə etimadsızlıq göstərilməsi və yaxud sui-qəsd təcrübəsi də var. Bu baxımdan, Tramp ona çəkilən dairədən kənara çıxa bilməz.

Konqress - Sputnik Azərbaycan
RUSİYA
ABŞ-dan Rusiyaya ağır ittiham

Lakin artıq qloballaşmanı anti-qloballaşma əvəz edir və hər kəs öz evinə çəkilir. Ona görə də, Tramp üçün Qafqazdakı proseslərin önəmi azala bilər. Lakin ABŞ-ın bölgəyə marağının azalması Vaşinqtonun Gürcüstana münasibətinə təsir edə bilməz. Tramp erməni lobbisinin maraqlarına qarşı da çıxış edə bilməz. O cümlədən, Azərbaycan balanslı siyasətini davam etdirəcək və bu məsələdə Tramp böyük dəyişikliklərə nail olmaq imkanında deyil.

Lakin Trampın islamofob çıxışları onu deməyə əsas verir ki, ABŞ-ın müsəlman ölkələri ilə münasibətləri kiçik Buşun dövründən də ağır formaya qayıda bilər. O cümlədən, bu dəfə ABŞ-ın Latın Amerikası ölkələri ilə münasibətləri də gərginləşə bilər. Bir sözlə, dünyada xaos, qan, məzhəb, din, vətəndaş müharibələrinin dərinləşməsi istisna deyil.

Hamını bir sual düşündürür — Trampın Türkiyə ilə münasibətləri necə olacaq? Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb və çətin ki, Tramp bu məsələdə dəyişiklik etsin. Ərdoğanın qəzəbinə səbəb olan daha bir məsələ 15 iyul hərbi çevrilişinin təşkilatçısı kimi adı hallanan Fətullah Gülənin ekstradisiyasıdır. Tramp onu Ankaraya təslim etməyə razılıq verəcəkmi? Ritorik sualdır. Bu məsələlər həll olunmasa, Ankara Kremlə yaxınlaşmaqda davam edəcək.

Azərbaycan — Ermənistan münaqişəsinə gəldikdə isə, Vaşinqtonun Dağlıq Qarabağ probleminin həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir və ABŞ Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Trampın administrasiyası bu dəstəyi davam etdirəcək.

Xəbər lenti
0