BAKI, 20 yan — Sputnik. 1958-ci il yanvarın 20-də London küçələrində avtomobillərin sürətini ölçmək üçün ilk radarlar quraşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, yarım əsr ərzində çox şey dəyişsə də, radarlar hələ də yol polisi işçilərinin sadiq köməkçiləri rolunu oynamaqdadırlar. Radarlar bu dövr ərzində nəhəng stasionar qurğulardan, görünməyən kameralaradək bir yol keçiblər.
Keçmişdə yol müfəttişləri sürəti demək olar ki, "gözəyarı" ölçüblər. Onlar əllərində saniyəölçən və ya saat tutaraq maşının bir dirəkdən o biri dirəyədək hərəkət sürətini ölçürdülər.
Beləliklə, sürücülərimiz bu "başağrısı"na görə londonlulara "minnətdar" olmalıdırlar.