Qar və şaxtaya hazır olun!

© Sputnik / Rahim MuradovQar
Qar - Sputnik Azərbaycan
Sabah yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

BAKI, 20 yan — Sputnik. Yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Lənkəranda ilk qar - Sputnik Azərbaycan
Bölgələrdə qar, paytaxtda sulu qar gözlənilir

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала