CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapanlıda müharibə davam edir

© Sputnik / Ramil IbrahimovTərtər rayonunun Qapanlı kəndi
Tərtər rayonunun Qapanlı kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Evlərin və həyətyanı sahələrin Ermənistan silahlı birləşmələrinin mövqelərinə baxan hissəsinə, hündürlüyü 4 metr olan istinad divarları çəkilib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 20 yan — Sputnik. Atəşkəs razılaşmasından 23 ilə yaxın vaxt ötsə də, cəbhə xəttində müharibə ab-havası qalmaqdadır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun Qapanlı kəndində müşahidə etdiyimiz mənzərə də bunu deməyə əsas verir. 

Erməni silahlı birləşmələrinin mövqeləri ilə bu yaşayış məntəqəsinin arasında olan məsafə, təqribən 200 metrdir. Kənd yolunda təhlükəli sahələrə daxil olmamaq haqqında xəbərdarlıq lövhəsi yerləşdirilib. Qarşı tərəfin mövqelərindən müşahidə edilən yolu güllələrdən, qismən torpaq sədd qoruyur.

Kənd sakinləri hər gün bu təhlükəli yollarla işə, məktəbə gedib-gəlmək məcburiyyətindədirlər. Açıq ərazilərdə, əkin və otlaq sahələrində isə insanlar gözə dəymir. Kənd sakini Natiq Quliyevin sözlərinə görə, gündüz saatlarında sahəyə çıxmaq təhlükəlidir. Bu səbəbdən də dolanışıq mənbəyi əkinçilik və maldarlıq olan kənd sakinləri təsərrüfatla əsasən gecələr məşğul olurlar. Məcbur qalmadıqca gündüzlər açıq sahələrə yaxınlaşmırlar. Əlverişsiz şərait bəzi sahələrin də istifadəsiz qalmasına səbəb olur.

© Sputnik / Ramil IbrahimovCəbhə xətti buradan cəmi 200 metr məsafədədir.
Cəbhə xətti buradan cəmi 200 metr məsafədədir. - Sputnik Azərbaycan
Cəbhə xətti buradan cəmi 200 metr məsafədədir.

"Mənim 1 hektar ərazim bu tərəfdədir, 2 hektar isə kəndin aşağı hissəsində. Aşağıdakı ərazi erməniyə lap yaxındır deyə heç əkin-biçin apara bilməmişəm. Ermənilər tarlalarımızı suvarmağa da imkan vermirlər — sahəyə çıxa bilmirik. Bir çıxış yolu qalır ki, gecə vaxtı gedək fənər işığı ilə suvaraq. Təhlükəlidir, amma nə edək? Çörəyimiz bundan çıxır" — N. Quliyev bildirir.

Evlərin və həyətyanı sahələrin Ermənistan silahlı birləşmələrinin mövqelərinə baxan hissəsinə hündürlüyü 4 metr olan istinad divarları çəkilib. Lakin qarşı tərəfin mövqeləri kəndə nisbətən yüksəklikdə yerləşdiyindən atılan güllələr əksər vaxt evlərin damına və ya pəncərələrinə dəyir. Kənd sakinləri son bir həftədə atəşkəsin daha intensiv pozulduğunu deyirlər. 2 gün əvvəl baş verən atışma zamanı isə atılan iriçaplı güllələrdən biri Sənəm Quliyevanın evinin dam örtüyünü dəyib.

© Sputnik / Ramil IbrahimovDüşmən tərəfindən atılan güllələr tez-tez evlərin divarlarına və damına dəyir.
Düşmən tərəfindən atılan güllələr tez-tez evlərin divarlarına və damına dəyir. - Sputnik Azərbaycan
Düşmən tərəfindən atılan güllələr tez-tez evlərin divarlarına və damına dəyir.

"Qab yuyurdum, nə baş verdi bilmirəm. Ya məni külək yıxdı, ya da şaqqıltı. Qalxdım ayağa, gördüm ki, heç nə olmayıb mənə. Gəlin o tərəfdən gəldi ki, "mən gördüm mərminin evin damına düşdüyünü" — Quliyeva danışır.

Qapanlıda atılan hər addım erməni mövqelərindən açılacaq atəşə görə hesablanıb. Kəndin kənarında yerləşən evlərin yuxarı mərtəbəsindəki otaqlardan ya ümumiyyətlə istifadə edilmir, ya da pəncərələr daşla hörülüb.

"1992-ci ildən bu yana biz ikinci mərtəbədə yaşamırdıq. Son iki ildə orada yaşayış var. Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə pəncərələr hörüldü, sonra bu hasarlar çəkildi və ondan sonra ikinci mərtəbədə rahat yaşayış var" — kənd sakini Alim Hüseynov bildirir.

Aprel döyüşləri istisna olmaqla, 23 ildir irimiqyaslı hərbi əməliyyatlar baş verməsə də, Qapanlıda müharibə ab-havası hökm sürür. Bunu rəqəmlər də sübut edir. 100 evlik Qapanlıda 1994-cü ilə qədər ölən və yaralananların sayı 10 nəfər idisə, atəşkəs dövründə Ermənistan ordusunun açdığı atəş nəticəsində 6 nəfər dinc sakin həlak olub, 17 nəfər yaralanıb.

© Sputnik / Ramil IbrahimovKənd sakinləri hər gün bu təhlükəli yollarla işə, məktəbə gedib-gəlmək məcburiyyətindədirlər.
Kənd sakinləri hər gün bu təhlükəli yollarla işə, məktəbə gedib-gəlmək məcburiyyətindədirlər.   - Sputnik Azərbaycan
Kənd sakinləri hər gün bu təhlükəli yollarla işə, məktəbə gedib-gəlmək məcburiyyətindədirlər.

2016-cı ilin aprel ayında baş verən döyüşlər zamanı isə bu kənddə 48 ev zərər görüb, 8-i dağılıb. Dağılan evlər ötən il dövlət vəsaiti hesabına bərpa edilib.

Xəbər lenti
0