BAKI, 20 yan – Sputnik. Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin (Pentaqon) spikeri Piter Kuk, ölkəsinin Suriyada Əl Bab əməliyyatına verdiyi dəstəyin İŞİD-ə qarşı həyata keçirilən genişmiqyaslı koordinasiyanın bir hissəsi olduğunu söyləyib.
“Bu koordinasiyanı Rakkada da görmək istəyirik” — deyə Kuk əlavə edib.
Sputnik xəbər verir ki, vəzifəsinin sonuncu günündə jurnalistlərlə keçirdiyi mətbuat konfransında Piter Kuk terrorçuluqla mübarizənin önəminə toxunub. O, türk ordusunun Suriyada davam etdirdiyi hərbi əməliyyatlara ABŞ və beynəlxalq koalisiyanın sonadək dəstək olacağını bildirib.