BAKI, 20 yan — Sputnik. İstanbulda naməlum şəxslər təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutub.
Sputnik Azərbaycan-ın Hürriyet-in verdiyi xəbərə görə, insident Vətən prospektində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.