BAKI, 20 yan — Sputnik. Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı” əməliyyatında iştirak edən 5 əsgəri şəhid olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İŞİD terrorçularının Türkiyə hərbçilərinin olduğu sahəyə hücumu nəticəsində daha 9 türk hərbçisinin yaralandığı bildirilib.
Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Əməliyyat 150 gündür davam edir.