20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti geniş xalq kütlələrinin qəzəbinə səbəb oldu. Respublikada belə bir fikir mövcud idi ki, Azərbaycanın o zamankı rəhbərliyi Dağlıq Qarabağ məsələsində Mərkəzlə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir. Məhz həmin dövrdə bir neçə ay ərzində Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycanın partiya rəhbərliyinin istefası tələb olunurdu.
Belə bir vaxtda siyasi rəhbərlik SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan etdi. Ordu "asayişi bərpa etmək" adı altında Bakıya və digər şəhərlərə yeridildi.
20 Yanvar faciəsi ilə bağlı Sputnik Azərbaycan şəhid ailələrinə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir!