BAKI, 19 yan — Sputnik. İranın paytaxtı Tehranda çoxmərtəbəli ticarət binasının çökməsi nəticəsində 30 nəfər dünyasını dəyişib, 38 nəfər də yaralanıb. Sputnik-in xəbərinə görə, dünyasını dəyişənlər, yanğını söndürməyə çalışan yanğınsöndürən briqadasının üzvləri olub.
Xəbəri İranın rəsmi dövlət televiziyası da təsdiqləyib. Çökən 17 mərtəbəli bina şəhərdə inşa edilən ilk çoxmərtəbəli tikililərdəndir. Təhlükəsizlik səbəbindən yaxınlıqda yerləşən Almaniya, Türkiyə və Böyük Britaniya səfirlikləri boşaldılıb.