BAKI, 19 yan — Sputnik. İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. 200-ə yaxın da yaralı olduğu bildirilir.
Sputnik-in xəbərinə görə, dünyasını dəyişənlər əsasən, yanğını söndürməyə çalışan yanğınsöndürən briqadasının üzvləri olub. Xəbəri İranın rəsmi dövlət televiziyası da təsdiqləyib.
Çökən 17 mərtəbəli bina şəhərdə inşa edilən ilk çoxmərtəbəli tikililərdəndir. Təhlükəsizlik səbəbindən yaxınlıqda yerləşən Almaniya, Türkiyə və Böyük Britaniya səfirlikləri boşaldılıb.