BAKI, 19 yan — Sputnik. "Fələstin-İsrail münaqişəsində iki dövlətli həlldən başqa çıxış yolu yoxdur. Bunu hər zaman söylədik. İsrail tərəfinə dəfələrlə başa salmağa çalışdıq ki, həm yəhudi dövlətini, həm də demokratik dövləti bir yerdə qura bilməzsiniz".
Sputnik xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Barak Obama dövlət başçısı qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib. O, qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin hazırkı vəziyyəti İsrail üçün təhlükəlidir: "Vaxt uzandıqca bu məsələ həm yəhudilər, həm də fələstinlilər üçün təhlükə yaradır".