CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lisenziyalar 180 dəfə bahalaşacaq

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dərman vasitələrinin topdansatışı üçün lisenziyanın qiyməti 2,25 min manatdan 20 min manatadək artırıla bilər

BAKI, 19 yan — Sputnik. Azərbaycanda sahibkarlıq fəaliyyətinə görə tələb olunan bəzi lisenziyaların alışı üçün dövlət rüsumunun artırılması təklif olunur. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin İqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, mobil operatorların fəaliyyəti üçün lisenziyanın qiyməti 5,5 min manatdan bir milyon manatadək, dərman vasitələrinin topdansatışı üçün lisenziyanın qiyməti isə 2,25 min manatdan 20 min manatadək artırıla bilər.

Xəbər lenti
0