BAKI, 19 yan — Sputnik. Yanvarın 19-a keçən gecə Qəbələ rayonu, İmamlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 m2 olan taxta konstruksiyadan ibarət çayxananın yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İmamlıda həyacanlı anlar
12:58 19.01.2017 (Yenilənib: 20:49 16.11.2021)
Abunə olmaq
Vətəndaşa məxsus ümumi sahəsi 36 m2 olan taxta konstruksiyadan ibarət çayxananın yanar konstruksiyaları yanıb