CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bankdan radikal addım: nağd pul kütləsi nəzarətə götürüldü

Abunə olmaq
Artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcək

BAKI, 19 yan — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədəki nağd pulu günlük nəzarətə götürüb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcək.

Mərkəzi Bank bununla bağlı kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır.

Mərkəzi Bank gələn həftəninin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. AMB manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da banklardan istəyib.

Xəbər lenti
0