Dünya gündəmini silkələyən proqnoz: "Tramp sabah öldürülərsə..."

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni seçilən prezident andiçmədən əvvəl ölərsə və ya öldürülərsə, o zaman işlər müvəqqəti olaraq yenidən əvvəlki prezidentə həvalə olunur

BAKI, 19 yan — Sputnik. Sabah ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın paytaxt Vaşinqtonda inauqurasiya mərasimi keçiriləcək. Mərasimə saatlar qala CNN telekanalında yayımlanan xəbər şok effekti yaradıb. Belə ki, telekanal sabahkı mərasimlə bağlı ən pis proqnozunu açıqlayıb.

Kanalın başlığı isə olduqca diqqət çəkib. "Əgər Tramp andiçmə zamanı öldürülsə, onun yerinə kim gələcək?" başlığı ilə efirə çıxan xəbərlər proqramı cəmiyyətdə geniş diskussiyaya səbəb olub.

Sputnik Azərbaycan CNN-ə istinadən həqiqətən bu hal baş verərsə, prezidentin kim olacağı ilə bağlı araşdırmanı təqdim edir: "Belə ki, Amerika qanunvericiliyinə görə, yeni seçilən prezident andiçmədən əvvəl ölərsə və ya öldürülərsə, o zaman işlər müvəqqəti olaraq yenidən əvvəlki prezidentə həvalə olunur. Və əvvəlki prezident mümkün olan ən tez zamanda bu vəzifəyə ya öz müavinini (vitse-prezident), ya Ağ Ev sözçüsünü, ya da öz administrasiyasından olan başqa bir nəfəri dövlət başçısı olaraq təyin edə bilər. Yəni növbəti rəhbərin kim olacağına ancaq əvvəlki prezident qərar verə bilər".

Xəbər lenti
0