Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

XX əsr musiqi tarixinin gedişini dəyişən çıxış

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidОткрытие первого в России памятника легендарной группе "Битлз" в Екатеринбурге
Открытие первого в России памятника легендарной группе Битлз в Екатеринбурге - Sputnik Azərbaycan
Abunə olmaq
54 il əvvəl əfsanəvi "Bitlz" qrupu Londondakı "Palladium" teatrının səhnəsində özünün məşhur sensasiyalı çıxışını edib.

BAKI, 19 yan — Sputnik. 1963-cü il yanvarın 19-da "Bitlz" qrupu Londonda "Palladium" estrada teatrının səhnəsində özünün məşhur sensasiyalı çıxışını edib. Məhz bu çıxış qrupu əvvəlcə bütün Britaniyaya, sonra isə dünyaya məşhurlaşdırıb.

Bir ildən sonra bu çıxışın lenti ABŞ televiziyalarında göstərildi. Bununla da "Bitlz" beynəlxalq arenada populyarlıq əldə etdi.

"Bitlz" qrupu 1960-ci ildə Böyük Britaniyada yaranmışdı. Qrupa Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starr daxil idi. Yarandığı şəhərin adı ilə qrupa "Liverpul dördlüyü" də deyilir. Qrup üzvləri daha öncədən bir yerdə çıxış etsələr də, məhz 1960-cı ildən "Bitlz" (Beatles) adı altında fəaliyyətə başladılar.

1967-ci ildə qrup özünün ilk rok-albomunu buraxdı. Albomdakı mahnılarda müasir cəmiyyətin problemlərindən, o cümlədən, oğullar və atalar problemindən söz açılırdı.

1970-ci ildə isə qrup özünün son albomunu fanatlarına təqdim etdi. Həmin il qrup dağıldı. 

1980-ci ildə Con Lennon öz fanatı tərəfindən öldürüldü. 2001-ci ildə isə Corc Harrison vəfat etdi.

Xəbər lenti
0