Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda 3 minə yaxın xəstə o günü gözləyir

CC0 / PublicDomainPictures / eyesGöz qişası xəstəliyi
Göz qişası xəstəliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu məhdudiyyət səbəbindən xəstələri əməliyyat etmək mümkün deyil"

BAKI, 18 yan — Sputnik. "Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik. Ona görə də, hazırda 2987 xəstə əməliyyat gözləyir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən Səhiyyə komitəsinin iclasında, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib. O, bu məhdudiyyətin aradan qaldırılmasını təklif edib: "Həmin xəstələrin 70 faizi gənclərdir. Azərbaycanda bu əməliyyatlar pulsuz həyata keçirilir".

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə bildirib ki, ölkədə gözün buynuz qişasının toxumasını ölən şəxslərdən də götürmək olar: "Bunun üçün xüsusi klinikaların olması vacibdir. Amma hələlik bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır".

Xəbər lenti
0