BAKI, 18 yan — Sputnik. Türkiyə polisi Fətullah Gülən şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 243 hərbçini həbs edib. Onlar şifrəli danışıq şəbəkəsi olan "Bylock" adlı proqramdan istifadə etməkdə təqsirli bilinirlər.
İttihama görə, FETÖ üzvləri həmin şəbəkə vasitəsilə bir-birləri ilə əlaqə saxlayıblar. Sputnik Sözcü-yə istinadən xəbər verir ki, polis ölkənin 54 vilayətində eyni anda əməliyyatı keçirib.