CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin adamı, Yazıçılar Birliyinin üzvü və taksi sürücüsü...

© Sputnik / Rahim MuradovZiyafət Əkbərov
Ziyafət Əkbərov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda taksi sürücüsü "İlin adamı" seçilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 yan — Sputnik. O, 1952-ci ilə Lənkəranda müəllim ailəsində dünyaya göz açıb. Əmək fəaliyyətinə Lənkəran Konserv Zavodunun istehsalat sexində usta kimi başlayıb. 1988-ci ildən bu yana isə əhaliyə taksi sürücüsü kimi xidmət göstərir.

Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun həm də şair olmasıdır: "Şeir yazmağa orta məktəbdə oxuyan zamandan başlamışam. Ötən əsrin 80-ci illərində "Azərbaycan", "Ulduz" jurnallarında, "Söz" və "Məşəl" qəzetlərində şeirlərim dərc edilib. 1992-ci ildə Lənkəranda fəaliyyəti bərpa olunan "Fövcül Füsəha" ədəbi məclisinə üzv oldum. Gənc vaxtlarımda həmin məclisin fəal üzvlərindən idim".

1995-ci ildə Lənkəran Televiziyası şair Ziyafət Əkbərov haqqında "Sinəmdə bitdi hicranım" adlı ədəbi-sənədli televiziya filmi çəkib. Z. Əkbərov özünün təşkil etdiyi ədəbi məclisə də rəhbərlik edib.

"1998-ci ildə Lənkəran Uşaq Yaradılıcıq Mərkəzində "Ziya" ədəbi məclisini yaratdım. Orta məktəb şagirdləri və gənclərdən ibarət bu məclisə 10 il ərzində rəhbərlik etdim. Məclisi yaratmaqda əsas məqsədim orta məktəb şagirdləri arasında şairlik bacarığı olan uşaqlara ədəbiyyat nəzəriyyəsi və nəzm janrının incəliklərini öyrətmək idi" — deyir Sputnik-in həmsöhbəti.

© Sputnik / Rahim MuradovLənkəran sakini Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun şair olmasıdır:
Lənkəran sakini Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun şair olmasıdır: - Sputnik Azərbaycan
Lənkəran sakini Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun şair olmasıdır:

Ziyafət Əkbərovun yazdığı şeirlərə mahnılar da bəstələnib və Könül Kərimova, Əhməd Kərimov, Cavad Rəcəbov, həmçinin başqa müğənnilər tərəfindən ifa edilib. Şairin yazdığı "Sönmüş ocaq" və "Mən özüməm" adlı pyesləri Lənkəran Dövlət Dram Teatrına təqdim edilib və yaxın müddətdə səhnələşdiriləcək.

"Mən 1993-cü ildə dövlətimiz tərəfindən, İran İslam Respublikasının yaranmasının 14-cü il dönümünə həsr edilən tədbirə göndərildim. Tədbirlərdə səsləndirdiyim şeirlərim iranlı şeirsevərlər tərəfindən böyük rəğbətlə qarşılandı. Buna görə də İranda "Şəhriyar" ədəbi məclisi tərəfindən təşəkkürnaməyə layiq görüldüm" — deyir müsahibimiz.

O, əsasən qəzəl janrında yazır: "Əruz vəzninə daha çox üstünlük verirəm. 1997-ci ildə Bakıda "Şuşa" nəşriyyatında "İtkin düşən harayım" adlı kitabım nəşr edilib. Mən evdə az oluram, ona görə də şeirlərimi öz iş otağımda — avtomobilimdə yazıram".

Qeyd edək ki, 2012-ci ildə Ziyafət Əkbərov Lənkəranda "İlin adamı" elan edilib, 2013-cü ildə isə şairin 60 illik yubileyi dövlət səviyyəsində, Lənkəran Dövlət Dram Teatrında qeyd edilib. Lənkəranın həm taksi sürücüsü, həm də şairi olan Ziyafət Əkbərov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Xəbər lenti
0