Polisdən gizlənən "Reina" qatili bu qadından gizlənə bilmədi

© Photo : DHATerrorçunun həbsi
Terrorçunun həbsi - Sputnik Azərbaycan
Abunə olmaq
Onun qatili izlədiyi, qaldığı binanı tam dəqiqliklə biləndən sonra polisə məlumat verdiyi qeyd olunur

BAKI, 18 yan — Sputnik. Yeni il gecəsi İstanbuldakı "Reina" gecə klubunu qana bulayan özbək əsilli terrorçu A. Maşaripovun yerini polisə kimin xəbər verdiyi üzə çıxıb. Sputnik xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvi məlumat verib.

Onun sözlərinə görə, 39 nəfəri yeni il gecəsi qəddarcasına qətlə yetirən Maşaripovun gizləndiyi yeri polisə bir qadın xəbər verib. Həmin qadının qatili izlədiyi, qaldığı binanı tam dəqiqliklə biləndən sonra polisə məlumat verdiyi qeyd olunur.

Xəbər lenti
0